EN

Almaniya Kansleri Körfəz regionuna səfər edəcək

Berlin, 30 yanvar, AZƏRTAC

Almaniyanın Federal Kansleri Fridrix Merts fevralın 4-də Körfəz regionuna səfər edəcək.

AZƏRTAC xəbər verir ki, hökumət sözçüsünün məlumatında fevralın 6-dək davam edəcək səfərin Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərini əhatə edəcəyi bildirilib.

Almaniya hökumətinin rəhbəri səfərə Səudiyyə Ərəbistanından başlayacaq. Fevralın 5-6-da isə Qətərdə və Birləşmiş Ərəb Əmirliklərində görüşlər planlaşdırılır.

Səfərin məqsədi Körfəz regionunda tərəfdaşlıqların möhkəmləndirilməsi və daha da dərinləşdirilməsidir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Chosen
59
3
azertag.az

10Sources