AZ

Almaniya kansleri Ukraynaya zərbələrin dayandırılmasına reaksiya verib

Bakı. Trend:

Almaniya kansleri Fridrix Mertz Rusiya və Ukrayna arasında əldəolunmuş razılaşmanı alqışlayıb. Həmin razılaşmaya əsasən RusiyaKiyevə və Ukraynanın başqa şəhərlərinə zərbələri dayandırmağıöhdəsinə götürüb.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

“Biz atəşkəsin əldə olunmasını alqışlayırıq. Ukraynanın ədalətlivə dayanıqlı sülhə ehtiyacı var”, -deyə Mertz öz rəsmi “X”səhifəsində yazıb.

Almaniya kansleri bildirib ki, Ukrayna lideri Volodimir Zelenskiilə telefonla danışıb və onunla zərbələrin dayandırılması haqdarazılaşmanın detallarını müzakirə edib.

Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Rusiyalıhəmkarı Vladimir Putinin soyuq hava şəraiti ilə əlaqədar Kiyev vəbaşqa Ukrayna şəhərlərinə zərbələri müvəqqəti dayandırmağarazılaşdığını bildirmişdi.

Məqalədə:
Seçilən
95
19
az.trend.az

10Mənbələr