EN

Qəbələ nin məşqçisi: Təhlükəli zonadan çıxmalıyıq

Sportal.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Qəbələ" Misli Premyer Liqasının 18-ci turunda doğma meydanda "İmişli"ni 3:2 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, "qırmızı-qaralar"ın məşqçisi George Çixradze matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Çox maraqlı və dinamik oyun oldu. Bu matçda yaxşı hazırlaşmışdıq. Bizə xallar lazımdır. Təhlükəli zonadan çıxmalıyıq. Oyunu qələbəyə uyğun qurmuşduq. Komanda xarakter göstərdi. Futbolçulara və azarkeşlərə təşəkkür edirəm. 

- Bugünkü qələbədə Domi Massumonun rolu nə dərəcədə böyükdür?

- Çox vacib və gözəl qollar vurduq. Qələbədə payı böyükdür. Amma komanda yoldaşları da ona kömək etdilər. Komanda oyunu sayəsində qollar vurub qələbə qazandıq.

- Qarşıda kubok və çempionat oyunları var. Sıx qrafik komandaya necə təsir edəcək?

- Bizim üçün ən vacibi növbəti oyundur. Kubok və çempionatı ayırmırıq. Fasilə azdır, yaxşı bərpa keçməliyik. Ondan sonra qarşıdakı görüşə hazırlaşacağıq.

- "Karvan-Yevlax"ın bu gün məğlub olduğunu nəzərə alsaq, qələbəni 6 xala bərabər hesab etmək olar?

- Bizim üçün vacib olan özümüzün qalib gəlməsidir. Təbii ki, digər rəqiblərə də diqqət yetiririk. Amma ən vacibi bizim xallar toplamağımızdır.

Elçin Əlixan

saytlarin hazirlanmasi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
75
5
sportal.az

10Sources