AZ

"Qəbələ" kimi komanda ilə matçda bu cür səhvlər buraxmaq olmaz"

"İmişli" Misli premyer-liqasının 17-ci tur matçında səfərdə "Qəbələ"yə uduzdu - 2:3.

"Football-plus.az" xəbər verir ki, "pələnglər"in baş məşqçisi Jorj Kaşkilya oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Komandamın oyunundan razı qalmadım. "Qəbələ"ni təhlil etmişdik. Bilirdik ki, onların sürətli oyunçuları var, uzun ötürmələrə üstünlük verirlər. Səhvlərimiz çox olduğu üçün məğlub olduq. "Qəbələ" kimi komanda ilə matçda bu cür səhvlər buraxmaq olmaz. Mövqeyimizi çətinləşdirdik. Burdan xalla ayrılmalı idik. Növbəti matça hazırlaşmalıyıq. "Kəpəz"ə qarşı daha yaxşı oyun göstərməyə çalışacağıq.

- "Neftçi" ilə matça qədər "İmişli" yaxşı performans göstərirdi. Həmin görüşdən sonra komanda 7 oyundu qələbə qazana bilmir. Sizcə, bunun səbəbi nədi?
- Qələbə qazana bilməsək də, böyük rəqiblərlə matçlarda xal almışıq. Fərqli səbəblər var. Heyət geniş olmadığı üçün çətinliklər olur. Hər oyun bizim üçün önəmlidi. Xallar toplamaq lazımdı.

- İki əsas oyunçunuz - Ezekiel Morqan və Yau Mozesin olmaması nəticəyə təsir etdi?
- İki vacib futbolçunun olmaması özünü göstərir. Yarımmüdafiədə boşluqlar var idi. İstədiyimiz dərin ötürmələri edə bilmirdik. Əlimizdə olan heyətlə bacardığımızı etdik. Cəzalar da futbolun bir hissəsidi.

Seçilən
39
32
football-plus.az

10Mənbələr