AZ

“Azərbaycanda oynamaq üçün...” - Gördüyünü söylədi

“Azərbaycanda çox sayda güclü komandalar var”.

“Qəbələ”nin yeni transferi Seydina Keyta Sportinfo.az-a açıqlamasında belə deyib.

Yanvarda “qırmızı-qaralar”la ilyarımlıq müqavilə imzalamış seneqallı müdafiəçi Premyer Liqamızın səviyyəsini bəyəndiyini söyləyib.

Ölkəmizə gələnədək Litvada “Panevejis”in formasını geyinmiş 33 yaşlı afrikalı bunları qeyd edib:

“Bura gəlməmişdən əvvəl də xoş sözlər eşitmişdim. Odur ki, hara gəldiyimi yaxşı bilirdim.

İlk oyundaca bunun şahidi oldum. Premyer Liqada oynaya bilmək üçün ilk növbədə fiziki baxımdan hazırlıqlı olmalısan.

Bəzi anlarda texniki bacarıqlar da ön plana çıxır”.

Seçilən
16
1
sportinfo.az

10Mənbələr