EN

Azərbaycanda palçıq vulkanı püskürdü

Yanvarın 30-da, yerli vaxtla saat 16:53-də Hacıqabul rayonunda palçıq vulkanının püskürməsi qeydə alınıb.

Ölkə.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidməti məlumat yayıb.

Palçıq vulkanının püskürməsi Respublika Seysmoloji Xidmətinin vulkanətrafı seysmik stansiyaları tərəfindən qeydə alınıb.

Xidmətin "Zəlzələ ocaqlarının dinamikası" şöbəsinin məlumatına əsasən, palçıq vulkanının püskürməsi 13 dəqiqə davam edib, bir faza ilə xarakterizə olunub. Püskürmənin dərinliyi üç kilometr, püskürmə nəticəsində ayrılan enerji 3.38×10^6 coul olub.

Azərbaycanda palçıq vulkanı püskürdü

Chosen
87
50
olke.az

10Sources