Newscenter.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
“İranda etnik və siyasi baxışlar zəminində baş verə biləcək daxili toqquşmalar qonşu ölkələrə də təsirsiz ötüşməyəcək. Düşünürəm ki, ABŞ-ın İrana hərbi müdaxiləsi nəticəsində ən çətin durumda qalan ölkə Türkiyə olacaqdır”.Bunları Newscenter.az-a siyasi şərhçi Elçin Ağamalı deyib. Onun sözlərinə görə, eyni hərbi blokda olmaqla yanaşı Türkiyə hökumətinin Tramp adminstrasiyası ilə çox isti münasibəti var:“Digər tərəfdən isə İranda baş verə biləcək hərbi çaxnaşma nəticəsində mərkəzi hakimiyyətin zəifləməsi ölkədə yaşayan kürd toplumunun fəallaşması ilə nəticələnə bilər ki, bu da Türkiyənin milli maraqlarına ziddir. Hərbi müdaxilənin baş verməsi nəticəsində İranda başlayacaq hakimiyyət dəyişikliyinin uzun zaman davam etməsinin ölkəmizə təsir imkanlarına gəldikdə isə düşünürəm ki, burada həm müsbət, həm də mənfi amillər vardır. Müsbət amil kimi birincisi, İranda yaşayan soydaşlarımızın milli oyanışı prosesi başlaya bilər. İkincisi, hərbi, siyasi tənəzzül eyni zamanda ölkənin iqtisadi sektoruna da mənfi təsirini göstərəcəkdir ki, bu da Azərbaycanda real iqtisadi sektorun inkişafı üçün əsas maneələrdən olan ucuz İran məhsullarının azalmasına gətirib çıxara bilər. Bu isə ölkəmizdə kiçik istehsal müəssisələrinin inkişafı üçün əsas stimullardan biri ola bilər”.Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.