EN

Azərbaycan “iki dünya müharibəsi arasında” – Hakimiyyətdən XƏBƏRDARLIQ

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “The National” nəşrinə müsahibə verib. Müsahibədə o, həmçinin bildirib ki, Cənubi Qafqazın enerji mənbələri ilə zəngin dövləti olan Azərbaycan özünü İran və Rusiya arasında "iki dünya müharibəsi arasında” sıxılmış kimi hiss edir. 

"Bir tərəfdə Rusiya-Ukrayna müharibəsi davam edir, eyni zamanda, İsrail və İran arasındakı qarşıdurma və ABŞ-ın həmin qarşıdurmada iştirakı da var", - H.Hacıyev qeyd edib.

İran-Ermənistan-Rusiya

Həqiqətən də Azərbaycan yeganə ölkədir ki, həm Rusiya ilə, həm də İranla sərhədi var. Şimal qonşumuz 5 ildir ki, işğalçı hərbi əməliyyatlar aparır, cənub qonşumuz isə İsraillə 12 günlük savaşda olub, indi də ona hərbi müdaxilə ehtimalı var. Bu da Azərbaycanı təhlükəsizlik tədbirlərini gücləndirməyə məcbur edir. O səbəbdən, quru sərhədlər qapalı saxlanır.

Bununla yanaşı, daxildə də təhlükəsizliyin təmin olunması üçün addımlar atılır. Elə ötən həftə Bakıda səfirliklərdən birində terror planlaşdıran dəstə ifşa olunaraq saxlanılıb. Bu mənada Hikmət Hacıyevin təbirincə desək, Azərbaycan özünü İran və Rusiya arlığında "iki dünya müharibəsi arasında” sıxılmış kimi hiss edir.

Bəs bu durum daha nə qədər sürə bilər və Bakının bundan sonrakı addımları nə olmalıdır?

Paytaxt.org bildirri ki, professor Qabil Hüseynli Musavat.com-a qeyd edib ki, 2022-ci ildən sonra region böyük gərginlik içərisindədir. Onun sözlərinə görə, Azərbaycan belə şəraitdə “sabitlik adası” olaraq öz təhlükəsizliyini ən yüksək səviyyədə təmin etməkdədir.

Professor hesab edir ki, hazırkı vəziyyət ölkəmizi daha da ayıq-sayıq olmağa, sərhədlərini qorumağa çağırır:

“Hikmət Hacıyevin söylədiyi həqiqət ondan ibarətdir ki, heç bir dövlətin iki qonşusu müharibə şəraitində deyil, amma biz özümüzü doğurdan da sıxılmış vəziyyətdə hiss edirik. Üstəlik, torpaqlarını azad edən və qayıdış proqramını həyata keçirən bir dövlət üçün qonşularının eskalasiya içərisində olması xoşagələn deyil. Biz qəbul etməliyik ki, bu gedişat bir müddət davam edəcək. Nə Ukrayna müharibəsi başa çatır, nə İranla bağlı müəyyənlik var. Prezidentin köməkçisi də bildirib ki, cənub qonşu ilə bağlı vəziyyəti proqnozlaşdırmaq mümkün olmur”.

93821138-a028-4bfa-9004-96a0af1713cd.jpg

Q.Hüseynliyə görə, quru sərhədlərin ilin sonuna qədər açılması real görünmür:

Ukraynada atəşkəs əldə olunduqdan bir müddət sonra bu addım atıla bilər. Hazırda iki tərəfimiz savaş içindədir, bizim buna getməyimiz riskli görünür. Azərbaycan qonşuları ilə yanaşı və dinc yaşamağın tərəfdarıdır. Biz nə İranın vurulmasınnda maraqlıyıq, nə də Ukrayna müharibəsində Rusiyanın qələbəsində. Azərbaycana regionda sabitlik lazımdır. Bu da ilk növbədə Zəngəzur dəhlizinin dayanıqlı, rentabelli işləməsi üçün vacibdir”.


Chosen
67
paytaxt.org

1Sources