EN

Bakıda bu orta məktəbdə yanğın baş verdi - FOTOLAR - YENİLƏNİB

Humanitar fənlər təmayüllü liseyin ikinci korpusunda elektrik şitində qısaqapanma nəticəsində tüstülənmə baş verib.

"Cebheinfo.az" xəbər verir ki, Bakı Şəhər Təhsil İdarəsindən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə barədə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinə məlumat verilib. Hadisə zamanı xəsarət alan olmayıb.

"Aidiyyəti qurumlar tərəfindən hadisənin səbəbləri araşdırılır", – BŞTİ-dən saytımıza bildirilib.

***

11:02

Bakı şəhəri Xətai rayonundakı Məzahir Rüstəmov küçəsində yerləşən 25 nömrəli tam orta məktəbdə (hazırkı Humanitar Fənlər Təmayüllü Lisey) yanğın qeydə alınıb.

"Cebheinfo.az" xəbər verir ki, Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, yanğın səbəbindən dərslər müvəqqəti olaraq dayandırılıb.

Hadisə şahidlərinin saytımıza verdiyi məlumata əsasən, şagirdlər təhlükəsizlik məqsədilə məktəbin idman zalına köçürülüb.

Bildirilib ki, insidentə elektrik şitində yaranan qısaqapanma səbəb olub.

Son məlumatlara görə, yanğın artıq tam söndürülüb və əraziyə cəlb olunan yanğınsöndürən heyət binada təhlükəsizlik yoxlamalarını davam etdirir.

Qeyd edək ki, hazırda həmin binada Humanitar Liseyin şagirdləri oxuyur.

"Cebheinfo.az"

Chosen
5
2
cebheinfo.az

4Sources