AZ

Bakıda bu orta məktəbdə YANĞIN BAŞ VERDİ FOTOLAR

ain.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı şəhəri Xətai rayonundakı Məzahir Rüstəmov küçəsində yerləşən 25 nömrəli tam orta məktəbdə (hazırkı Humanitar Fənlər Təmayüllü Lisey) yanğın qeydə alınıb.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, yanğın səbəbindən dərslər müvəqqəti olaraq dayandırılıb.

Hadisə şahidlərinin saytımıza verdiyi məlumata əsasən, şagirdlər təhlükəsizlik məqsədilə məktəbin idman zalına köçürülüb.

Bildirilib ki, insidentə elektrik şitində yaranan qısaqapanma səbəb olub.

Son məlumatlara görə, yanğın artıq tam söndürülüb və əraziyə cəlb olunan yanğınsöndürən heyət binada təhlükəsizlik yoxlamalarını davam etdirir.

Qeyd edək ki, hazırda həmin binada Humanitar Liseyin şagirdləri oxuyur.

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
2
bakivaxti.az

4Mənbələr