EN

Xaçmazda qatar avtomobillə toqquşub, ölən var

Xaçmaz, 5 fevral, Elxan Yusifli, AZƏRTAC

Fevralın 5-i səhər saatlarında Xaçmaz rayonunun Nərəcan kəndində dəmiryolu keçidində ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qatar dəmiryolu keçidini keçən “VAZ 2101” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində avtomobilin sürücüsü, Xaçmaz rayonunun Ağtala kənd sakini 22 yaşlı Səid Çələbiyev İlham oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
46
9
azertag.az

10Sources