EN

Rusiyalı generala qarşı sui-qəsdə cəhd edilib

Rusiya Müdafiə Nazirliyinin general-leytenantı Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdi edilib.

Bakıvaxtı.az Rusiya mətbuatına istinadən xəbər verir ki, general Moskvanın şimal-qərbində  evinin yaxınlığında güllələnib və xəstəxanaya yerləşdirilib.

Məlumata görə, naməlum şəxs generala kürək nahiyəsindən bir neçə dəfə atəş açaraq hadisə yerindən qaçıb.

Hazırda cinayət işi açılıb və hüquq-mühafizə orqanları atəş açan şəxsi axtarır.

Chosen
33
3
bakivaxti.az

4Sources