Rusiya Müdafiə Nazirliyinin general-leytenantı Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdi edilib.
Bakıvaxtı.az Rusiya mətbuatına istinadən xəbər verir ki, general Moskvanın şimal-qərbində evinin yaxınlığında güllələnib və xəstəxanaya yerləşdirilib.
Məlumata görə, naməlum şəxs generala kürək nahiyəsindən bir neçə dəfə atəş açaraq hadisə yerindən qaçıb.
Hazırda cinayət işi açılıb və hüquq-mühafizə orqanları atəş açan şəxsi axtarır.