EN

Allahşükür Paşazadə Vatikana səfər edəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 8-də Vatikana səfərə yola düşür.

Bizim.Media xəbər verir ki, bu barədə APA-ya QMİ-nin Mətbuat xidmətindən məlumat verilib.
 

Bildirilib ki, səfər Müqəddəs Taxt-Tacın və Katolik Kilsəsinin başçısı Zati-müqəddəsləri Roma Papası XIV Leonun şəxsi dəvəti ilə baş tutur.


Şeyxülislam Allahşükür Paşazadə fevralın 9-da Pontifikin audiensiyasında olacaq.

Səfər müddətində Azərbaycandakı dini konfessiya rəhbərlərinin Vatikanın dövlət katibi Kardinal Pyetro Parolin və digər Vatikan rəsmiləri ilə ikitərəfli görüşləri nəzərdə tutulur.

Bizim.Media

Chosen
8
30
bizim.media

10Sources