AZ

Şeyx Vatikana gedir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə fevralın 8-də Vatikana səfərə yola düşür.

QMİ-nin Mətbuat xidmətindən bildirilib ki, səfər Müqəddəs Taxt-Tacın və Katolik Kilsəsinin başçısı Roma Papası XIV Leonun şəxsi dəvəti ilə baş tutur. Şeyxülislam A.Paşazadə fevralın 9-da Pontifikin audiensiyasında olacaq.

Səfər müddətində Azərbaycandakı dini konfessiya rəhbərlərinin Vatikanın Dövlət katibi Kardinal Pyetro Parolin və digər Vatikan rəsmiləri ilə ikitərəfli görüşləri nəzərdə tutulur.

Seçilən
9
30
news365.az

10Mənbələr