Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin yanvar ayında işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 45 min manatdan çox vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.
"Yeni Sabah" xəbər verir ki, həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib.
Bu vəsaitlər əməkhaqlarından ibarət olub.
Müraciətlərin araşdırılması zamanı Dövlət Əmək Müfəttişliyi Xidməti 8 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini də müəyyən edib. Həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.
Telegram kanalımız