EN

Ceyhun Bayramov İslamabadda baş vermiş partlayışla bağlı pakistanlı həmkarı ilə danışıb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Pakistanın baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dara zəng edib.

Aznews.az xəbər verir ki, bu barədə məlumat Pakistan XİN-in "X" hesabında paylaşılıb.

Nazir Ceyhun Bayramov Azərbaycan Prezidenti, hökuməti və xalqı adından İslamabadda baş vermiş partlayışla əlaqədar başsağlığı verib, həlak olanların ailələrinə başsağlığı diləyib və Pakistanla həmrəy olduqlarını ifadə edib.

Chosen
9
1
aznews.az

10Sources