Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Pakistanın baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dara zəng edib.
Aznews.az xəbər verir ki, bu barədə məlumat Pakistan XİN-in "X" hesabında paylaşılıb.
Nazir Ceyhun Bayramov Azərbaycan Prezidenti, hökuməti və xalqı adından İslamabadda baş vermiş partlayışla əlaqədar başsağlığı verib, həlak olanların ailələrinə başsağlığı diləyib və Pakistanla həmrəy olduqlarını ifadə edib.