Bakı. Trend:
Səbail rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb.
Trend xəbər verirki, zərərçəkən polisə müraciət edərək övladı üçün cehiz olaraqaldığı 10 min manat dəyərində məişət əşyalarının hissə-hissəolmaqla oğurlandığını bildirib.
Səbail RPİ 8-ci Polis Şöbəsinin keçirdiyi tədbirlərlə əməlitörətməkdə şübhəli bilinən 33 yaşlı Ağabala Əhmədov müəyyənolunaraq saxlanılıb.
Araşdırma aparılır.