AZ

Azərbaycanda cehiz oğurluğu: Bir nəfər saxlanıldı

Səbail rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, zərərçəkən polisə müraciət edərək övladı üçün cehiz olaraq aldığı 10 min manat dəyərində məişət əşyalarının hissə-hissə olmaqla oğurlandığını bildirib.

Səbail RPİ 8-ci Polis Şöbəsinin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı Ağabala Əhmədov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. (APA)

Seçilən
9
1
nocomment.az

10Mənbələr