EN

Dəm qazı əkiz bacı-qardaşın və tələbənin həyatına son qoyduVİDEO

Bakıda tələbə dəm qazından boğularaq ölüb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə ötən gün axşam saatlarında paytaxtın Nəsimi rayonu, 4-cü mikrorayon, 20 Yanvar küçəsi, 24 ünvanında baş verib.

Hüquq-mühafizə orqanlarına məlumat daxil olub ki, həmin ünvanda qalan Anar Dadaşov hamam otağında huşsuz vəziyyətdədir. Dərhal hadisə yerinə polis gəlib və mənzilə daxil olublar.

Meyit müayinə edilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılıb.

Qonşular deyirlər ki, Anar həmin mənzildə tək qalmayıb. Onunla bərabər 4 tələbə yaşayıb.

O da bildirildi ki, faciəvi şəkildə ölən tələbə əslən Tərtər rayonundan olub. 

Bundan başqa, Bakıda körpə bacı-qardaş da dəm qazından boğularaq ölüb.

Hadisə paytaxtın Xətai rayon, Ş.Səmədov küçəsi ev 12D-də qeydə alınıb.

2024-cü il təvəllüdlü Fərxan Fərman oğlu Səfərov və bacısı Kübraxanım yaşadıqları evdə dəm qazından zəhərlənərək həyatlarını itirib.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları meyitləri Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparıblar. 

Faktlarla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
196
1
xezerxeber.az

2Sources