EN

Alış-veriş edən 73 yaşlı kişinin ÜRƏYİ DAYANDI

Ajans.az xəbər verir ki, hadisə 20 Yanvar küçəsində yerləşən “Qədiroğlu” Marketlər şəbəkəsinə məxsus mağazada baş verib. Alış-veriş üçün marketə gələn, 1953-cü il təvəllüdlü Mingəçevir şəhər sakini Mikayıl Məmmədovun qəfil halı pisləşib və o, yerə yıxılıb.

İlkin müayinə zamanı onun ürək çatışmazlığından hadisə yerində vəfat etdiyi məlum olub. Faktla bağlı araşdırma aparılır.(“Unikal”)

Chosen
8
3
Ajans.az

7Sources