Mingəçevirdə marketdə alış-veriş edən müştəri dünyasını dəyişib.
NOCOMMENT.az xəbər verir ki, hadisə 20 Yanvar küçəsində yerləşən “Qədiroğlu” Marketlər şəbəkəsinə məxsus mağazada baş verib. Alış-veriş üçün marketə gələn, 1953-cü il təvəllüdlü Mingəçevir şəhər sakini Mikayıl Məmmədovun qəfil halı pisləşib və o, yerə yıxılıb.
İlkin müayinə zamanı onun ürək çatışmazlığından hadisə yerində vəfat etdiyi məlum olub. Faktla bağlı araşdırma aparılır. (Unikal)