EN

Tramp ABŞ-ın silah satışı qaydalarını dəyişib

Ajans.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Yeni qaydalara əsasən, Amerika silahlarının alınmasında prioritet yüksək müdafiə xərcləri olan və öz regionlarında strateji əhəmiyyət daşıyan ölkələrə veriləcək. Agentliyin yazdığına görə, sənəd federal qurumlara “özünümüdafiə imkanlarına əhəmiyyətli investisiya yatırmış, mühüm mövqelər tutan və ya əsas coğrafi regionlarda yerləşən tərəfdaşlara xarici hərbi satışlara üstünlük verməyi” tapşırır.

Məlumata görə, bu addım müttəfiqlərə Amerika silahlarının tədarükünü sürətləndirmək, həmçinin xarici sifarişlər hesabına ABŞ-ın öz istehsal güclərini genişləndirmək məqsədi daşıyır.

Chosen
7
11
Ajans.az

10Sources