AZ

Tramp vacib sərəncam imzaladı - Qaydalar DƏYİŞDİ 

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun digər ölkələrə silah satışı ilə bağlı yanaşmasını dəyişdirən sərəncam imzalayıb.


Manset.az xəbər verir ki,  bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Yeni qaydalara əsasən, Amerika silahlarının satışında yüksək müdafiə xərcləri ayıran və öz regionlarında strateji əhəmiyyət daşıyan ölkələrə üstünlük veriləcək.

Agentliyin yazdığına görə, sənəd federal qurumlara "özünümüdafiə imkanlarına əhəmiyyətli investisiya yatırmış, mühüm mövqelər tutan və ya əsas coğrafi regionlarda yerləşən tərəfdaşlara xarici hərbi satışlara prioritet verilməsini" tapşırır.

Məlumata görə, bu addım müttəfiqlərə ABŞ silahlarının tədarükünü sürətləndirmək, eyni zamanda xarici sifarişlər hesabına Amerikanın müdafiə sənayesinin istehsal güclərini genişləndirmək məqsədi daşıyır.

Seçilən
6
11
manset.az

10Mənbələr