EN

Zəhra reytinq turnirində medal qazandı

Azərbaycanın qadın güləşçisi Zəhra Kərimzadə Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunan ilin ilk reytinq turnirində bürünc medal qazanıb.

Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti yayıb.

Nərgiz Səmədova (53 kq) təsnifat mərhələsində polşalı Roksana Marta Zasınaya (0:10), təsəlliverici görüşdə isə yaponiyalı Umi İmaya (1:13) məğlub olub.

Jalə Əliyeva (57 kq) startda brazilyalı Culya Penalberaya (4:14) uduzaraq mübarizəni erkən başa vurub.

Zəhra Kərimzadə (72 kq) 1/4 finalda türkiyəli Buse Tosuna (0:2) məğlub olsa da, bürünc medal uğrunda mübarizədə yaponiyalı Mahiro Yoşitakeni 4:1 hesabıyla üstələyib.

Qeyd edək ki, yarışda ölkəmizi qadın güləşi üzrə millimiz təmsil edir.

Chosen
25
19
fanat.az

10Sources