ABŞ ilə İran arasında aparılan nüvə danışıqları ərəfəsində regionun yeddi ölkəsinin lideri, o cümlədən Azərbaycan Prezidenti rəsmi Tehranla təmasda olub.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi yerli mətbuata açıqlamasında bildirib.
Nazir qeyd edib ki, budəfəki danışıqların 2013-2015-ci illərdəki prosesdən əsas fərqi region ölkələrinin məsələdə ciddi iştirakıdır:
"Son danışıqlar raundu başlamazdan əvvəl regionun yeddi ölkəsinin lideri cənab Prezident Məsud Pezeşkianla telefon əlaqəsi saxlayıb. Onlar danışıqlarla bağlı müzakirələr aparıb, təkliflər verib və İranın müsbət cavab verməsini xahiş ediblər. Bu ölkələr Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Misir və Azərbaycandır".