ain.az bildirir, Axar.az saytına əsaslanaraq.
ABŞ-la İran arasında aparılan nüvə danışıqları ərəfəsində regionun yeddi ölkəsinin lideri rəsmi Tehranla təmasda olub.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Arakçı yerli mətbuata açıqlamasında bildirib.
Nazir qeyd edib ki, budəfəki danışıqların 2013-2015-ci illərdəki prosesdən əsas fərqi region ölkələrinin məsələdə ciddi iştirakıdır:
"Son danışıqlar raundu başlamazdan əvvəl regionun yeddi ölkəsinin lideri cənab Prezident Məsud Pezeşkianla telefon əlaqəsi saxlayıb. Onlar danışıqlarla bağlı müzakirələr aparıb, təkliflər verib və İranın müsbət cavab verməsini xahiş ediblər. Bu ölkələr Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Misir və Azərbaycandır".
XİN rəhbəri əlavə edib ki, region ölkələrinin bu təşəbbüsü gərginliyin azaldılmasında və tərəflərin danışıqlara təşviq edilməsində mühüm rol oynayıb:
"Biz onların xoş niyyətinə və səmimi səylərinə hörmətlə yanaşırıq".
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.