EN

Ronaldu boykotu liqaya milyardlıq zərbə vurdu

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldunun qərarı liqa üçün ağır nəticələr doğurub.

İdman.Biz xəbər verir ki, “FOX Sports”un yaydığı məlumata görə, portuqaliyalı ulduzun son iki matçı buraxması televiziya hüquqları və reklam bazarında böyük itkilərə səbəb olub.

Mənbənin hesablamasına əsasən, Ronaldunun boykotu ümumilikdə 2,4 milyard dollar (4 milyard AZN) həcmində ziyan yaradıb. Bildirilir ki, bəzi yayımçılar müqavilələrə yenidən baxmağa başlayıblar və liqanın beynəlxalq imicinə ciddi təsir formalaşıb.

Hadisələrin fonunda futbolçunun klub və liqa rəhbərliyi ilə münasibətlərinin necə inkişaf edəcəyi əsas müzakirə mövzusuna çevrilib.

İdman.Biz
Chosen
99
idman.biz

1Sources