Epşteyn işi Qərb elitaları arasında “şərin dominantı”nın simvoluna çevrilib. Metbuat.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Rusiya-1” telekanalında yayımlanan “Voskresnıy veçer s Vladimirom Solovyovım” proqramında çıxışı zamanı deyib. Zaxarovanın sözlərinə görə, Epşteyn işi mifoloji sui-qəsdlərlə bağlı deyil, müxtəlif ölkələrdə və beynəlxalq təşkilatlarda hakim mövqedə olan şəxslərin iştirakı ilə formalaşmış real bir sui-qəsdi əks etdirir.O bildirib ki, söhbət yalnız ayrı-ayrı faktlardan getmir:
“Bu, hansısa uydurma nəzəriyyələr deyil. Bu, bir sıra ölkələrdə və beynəlxalq strukturlarda hakimiyyətdə olan insanların sui-qəsdi haqqındadır. Üstəlik, bu faktlar böyük bir buzdağının sadəcə kiçik bir qar dənəsidir”, – deyə Zaxarova vurğulayıb.Rusiya XİN sözçüsü qeyd edib ki, Epşteyn işi ətrafında ortaya çıxan məlumatlar Qərb siyasi və ictimai dairələrində ciddi suallar doğurur və mövzunun tam şəkildə araşdırılmasına ehtiyac var.