RU

​Zaxarova: Epşteyn işi Qərb elitaları arasında “şərin dominantı”na çevrildi

Epşteyn işi Qərb elitaları arasında “şərin dominantı”nın simvoluna çevrilib. Metbuat.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Rusiya-1” telekanalında yayımlanan “Voskresnıy veçer s Vladimirom Solovyovım” proqramında çıxışı zamanı deyib. Zaxarovanın sözlərinə görə, Epşteyn işi mifoloji sui-qəsdlərlə bağlı deyil, müxtəlif ölkələrdə və beynəlxalq təşkilatlarda hakim mövqedə olan şəxslərin iştirakı ilə formalaşmış real bir sui-qəsdi əks etdirir.O bildirib ki, söhbət yalnız ayrı-ayrı faktlardan getmir:
“Bu, hansısa uydurma nəzəriyyələr deyil. Bu, bir sıra ölkələrdə və beynəlxalq strukturlarda hakimiyyətdə olan insanların sui-qəsdi haqqındadır. Üstəlik, bu faktlar böyük bir buzdağının sadəcə kiçik bir qar dənəsidir”, – deyə Zaxarova vurğulayıb.

Rusiya XİN sözçüsü qeyd edib ki, Epşteyn işi ətrafında ortaya çıxan məlumatlar Qərb siyasi və ictimai dairələrində ciddi suallar doğurur və mövzunun tam şəkildə araşdırılmasına ehtiyac var.

Избранный
47
1
metbuat.az

10Источники