EN

Afrika çempionu karyerasını bitirdi

style='margin-bottom:10px;'>

Kamerun futbolunun tanınmış simalarından olan Nikolas Nkulu futbolla sağollaşır.

QOL.az xəbər verir ki, 35 yaşlı müdafiəçi peşəkar karyerasına son qoymaq qərarına gəlib.

Karyerası ərzində Fransa Liqasında "Marsel", "Lion", "Monako" və İtaliya A Seriyasında "Torino" kimi klubların şərəfini qoruyan təcrübəli oyunçu bundan sonra yaşıl meydanlara çıxmayacaq.

Qeyd edək ki, Nkulu Kamerun millisində 83 oyun keçirib. O, yığmanın heyətində 2017-ci ildə Afrika Millətlər Kubokunun qalibi olub. Həmçinin müdafiəçi milli komanda ilə 3 dəfə Dünya Çempionatında iştirak edib.

Chosen
182
1
teleqraf.com

2Sources