EN

Azərbaycan Premyer Liqası: "Sumqayıt" - "Zirə" görüşündə qapılara beş qol vuruldu

Misli Premyer Liqasının XIX turunda daha bir görüş baş tutub.

Moderator.az xəbər verir ki, "Sumqayıt" evdə "Zirə" ilə qarşılaşıb. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan görüş "Zirə"nin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

"Sumqayıt"ın heyətində Nikola Ninkoviçlə (26) Aleksandr Ramalinqom (50) fərqləniblər. "Zirə"nin qollarını isə Davit Volkov (24) və Qismət Alıyev (35) və Giorgi Papunaşvili (88) vurublar.

Bu nəticədən sonra xallarının sayını 32-yə yüksəldən "Zirə" üçüncü pillədə yer alıb. 30 xala malik "Sumqayıt" isə beşincidir.

Qeyd edək ki, turun bu gün baş tutan açılış matçında "Sabah" evdə "Araz-Naxçıvan"ı 4:1 hesabı ilə məğlub edib.

Chosen
47
10
moderator.az

10Sources