Misli Premyer Liqasının XIX turunda daha bir görüş baş tutub.
Publika.az xəbər verir ki, "Sumqayıt" evdə "Zirə" ilə qarşılaşıb.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan oyun "Zirə"nin 3:2 hesablı qələbəsi ilə nəticələnib.
"Sumqayıt"ın heyətində Nikola Ninkoviçlə (26) Aleksandr Ramalinqom (50) fərqləniblər. "Zirə"nin qollarını isə Davit Volkov (24), Qismət Alıyev (35) və Giorgi Papunaşvili (88) fərqləniblər.