“Sabah”ın futbolçusu Xəyal Əliyev Azərbaycan Premyer Liqasının 19-cu turunda “Araz-Naxçıvan”a qalib gəldikləri oyundan sonra açıqlama verib.
İdmanxeber.az-ın məlumatına görə, görüşdə dubl edən Azərbaycan millisinin üzvü klubun mətbuat xidmətinə bunları deyib:
“Çox sevinirəm ki, ardıcıl qollar vururam. Ümid edirəm ki, davamlı olar. Növbəti matçda da qol vurub, azarkeşləri sevindirmək istəyirəm.
Hər oyuna qələbə üçün çıxırıq. İnşallah, bütün matçlarda qələbə qazanarıq. Əhval-ruhiyyəmiz bomba kimidir. Hər şey yaxşı olacaq”.
“Sabah” hazırda 46 xalla turnir cədvəlinə başçılıq edir.