EN

Rusiyada məhkəmə Timoşenkonun işinə baxacaq


Moskvanın Basmannı Məhkəməsi Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkoya qarşı Rusiya Silahlı Qüvvələri haqqında yalan xəbərlərlə bağlı qiyabi işin mahiyyəti üzrə dinləməsinə başlayacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyinə məhkəmədən məlumat verilib.
Məlumata görə, məhkəmə iclası bu gün Bakı vaxtı ilə saat 16:00-da baş tutacaq.
Agentliyin bildirdiyinə görə, iş üzrə ilkin dinləmə fevralın 3-də keçirilib.
Yanvarın 27-də Rusiya Baş Prokurorluğu Ukraynanın keçmiş baş nazirinə qarşı cinayət işinin Moskvanın Basmannı Məhkəməsinə göndərildiyini açıqlayıb.
Müstəntiqlərin fikrincə, Timoşenko Rusiyadan kənarda olarkən sosial media səhifəsində Buça və İrpin şəhərlərində dinc əhalinin qırğınında rus qoşunlarının iştirakı barədə qəsdən yalan məlumat dərc edib.
Chosen
80
1
yeniavaz.com

2Sources