Yeniavaz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Moskvanın Basmannı Məhkəməsi Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkoya qarşı Rusiya Silahlı Qüvvələri haqqında yalan xəbərlərlə bağlı qiyabi işin mahiyyəti üzrə dinləməsinə başlayacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyinə məhkəmədən bildirilib.
Məlumata görə, məhkəmə iclası bu gün Bakı vaxtı ilə saat 16:00-da baş tutacaq.
Agentliyin bildirdiyinə görə, iş üzrə ilkin dinləmə fevralın 3-də keçirilib.
Yanvarın 27-də Rusiya Baş Prokurorluğu Ukraynanın keçmiş baş nazirinə qarşı cinayət işinin Moskvanın Basmannı Məhkəməsinə göndərildiyini açıqlayıb.
Müstəntiqlərin fikrincə, Timoşenko Rusiyadan kənarda olarkən sosial media səhifəsində Buça və İrpin şəhərlərində dinc əhalinin qırğınında rus qoşunlarının iştirakı barədə qəsdən yalan məlumat dərc edib.
2024-cü ilin iyul ayında Timoşenko Rusiya hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilib və ötən ilin dekabr ayında Rusiya məhkəməsi onu qiyabi olaraq həbs edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.