EN

Gəncədə U17 Azərbaycan çempionatına start verilib

“MyGroup” Holdingin baş sponsorluğu və “AzerGold” şirkətinin fəxri sponsorluğu ilə bu gün yunan-Roma və sərbəst güləş üzrə U17 Azərbaycan çempionatına start verilib.

“İki sahil” xəbər verir ki, Gəncə İdman Sarayında təşkil olunan yarışın ilk günündə yunan-Roma güləşində 45, 51, 60, 71 və 92 kq-da finalçılar müəyyənləşib.

45 kq
Əli Cavadlı (UGİM-2) – Kamil Məmmədli (UGİM-2)

51 kq
Abdurrahman Hüseynli (ROİL, “Neftçi”) – Hüseyn Mustafazadə (Neftçi)

60 kq
Elmir Çərkəzov (ROİL, “Neftçi”) – Vəkil Bəşirov (Sumqayıt, Təhsil)

71 kq
Əli Məmmədov (Gəncə, “Neftçi”) – Nadir Həsənov (UGİM-2)

92 kq
Zöhrab Səfərov (Neftçi) – Əbəlfəz Fərəcli (Neftçi)

Chosen
20
6
ikisahil.az

8Sources