Gəncə yunan-Roma və sərbəst güləş üzrə U-17 Azərbaycan çempionatına ev sahibliyi etməyə başlayıb. 

Offsideplus.az xəbər verir ki, Gəncə İdman Sarayında keçirilən birinciliyin açılış günündə yunan-Roma güləşi üzrə 45, 51, 60, 71 və 92 kq çəki dərəcələrində həlledici mərhələyə yüksələn idmançıların adları məlum olub.

45 kq

Əli Cavadlı (UGİM-2) – Kamil Məmmədli (UGİM-2)

51 kq

Abdurrahman Hüseynli (ROİL, "Neftçi") – Hüseyn Mustafazadə (Neftçi)

60 kq

Elmir Çərkəzov (ROİL, "Neftçi") – Vəkil Bəşirov (Sumqayıt, Təhsil)

71 kq

Əli Məmmədov (Gəncə, "Neftçi") – Nadir Həsənov (UGİM-2)

92 kq

Zöhrab Səfərov (Neftçi) – Əbəlfəz Fərəcli (Neftçi)