EN

Paşinyan və Vens birgə bəyanat imzaladılar

Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ vitse-prezidenti Cey Di Vens "Ermənistan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında nüvə enerjisinin sülh məqsədləri ilə istifadəsi sahəsində əməkdaşlıq sazişi üzrə danışıqların yekunlaşdırılmasına dair birgə bəyanat"ı imzalayıblar.

"Yeni Sabah" xəbər verir ki, imzalanma mərasimindən əvvəl Paşinyan və Vens arasında təkbətək görüş keçirilib.

Qeyd edək ki, ABŞ vitse-prezidenti C.D.Vens fevralın 9-da Ermənistana rəsmi səfər edib. O, səfərə həyat yoldaşı və uşaqları ilə birlikdə gedib. Səfər çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ vitse-prezidenti C.D.Vens həm təkbətək, həm də geniş tərkibli görüş keçiriblər./Oxu.az


Telegram kanalımız
Chosen
62
3
yenisabah.az

4Sources