AZ

Paşinyan və Vens nüvə enerjisi üzrə birgə bəyanat imzaladılar

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ vitse-prezidenti Cey Di Vens "Ermənistan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında nüvə enerjisinin sülh məqsədləri ilə istifadəsi sahəsində əməkdaşlıq sazişi üzrə danışıqların yekunlaşdırılmasına dair birgə bəyanat" imzalayıblar.

Oxu.Az-ın Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, imzalanma mərasimindən əvvəl Paşinyan və Vens arasında təkbətək görüş keçirilib.

Qeyd edək ki, ABŞ vitse-prezidenti Cey Di Vens fevralın 9-da Ermənistana rəsmi səfər edib. O, səfərə həyat yoldaşı və uşaqları ilə birlikdə gedib. Səfər çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ vitse-prezidenti Cey Di Vens həm təkbətək, həm də geniş tərkibli görüş keçiriblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
3
oxu.az

4Mənbələr