EN

Prezident seçilsə, onu dərhal “Barselona”dan qovacaq

“Barselona”da prezident seçkiləri mart ayında keçiriləcək. Seçki mübarizəsi getdikcə qızışır.

Publika.az xəbər verir ki, namizədlərdən biri olan Viktor Font qalib gələcəyi təqdirdə idman direktorunu əvəz etmək niyyətində olduğunu açıqlayıb.

Font RAC1-ə bildirib:

“Deku bizim idman direktorumuz olmayacaq. Biz Flikə uyğun bir struktur yaradacağıq. Hazırda müqaviləsi olduğu üçün alternativ namizədin adını çəkməyəcəyəm”.

Chosen
53
15
publika.az

10Sources