“Barselona”da prezident seçkiləri mart ayında keçiriləcək. Seçki mübarizəsi getdikcə qızışır.
Publika.az xəbər verir ki, namizədlərdən biri olan Viktor Font qalib gələcəyi təqdirdə idman direktorunu əvəz etmək niyyətində olduğunu açıqlayıb.
Font RAC1-ə bildirib:
“Deku bizim idman direktorumuz olmayacaq. Biz Flikə uyğun bir struktur yaradacağıq. Hazırda müqaviləsi olduğu üçün alternativ namizədin adını çəkməyəcəyəm”.