EN

ADY: Qeyri-sabit hava şəraiti ilə bağlı zəruri tədbirlər görür

BAKI, 10 fevral. TELEQRAF

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə bağlı zəruri qabaqlayıcı tədbirlər görür.

ADY-dən Teleqraf-a verilən məlumata görə, ölkə boyunca dəmiryol vağzal, stansiya və dayanacaqlarında qatarların və sərnişinlərin təhlükəsiz hərəkəti üçün işçi heyəti fasiləsiz çalışır, platformalarda xüsusi örtüklər salınıb.

"Hazırda qatarlar qrafik üzrə hərəkətini davam etdirir. Hava şəraiti sabitləşənədək analoji tədbirlər davam etdiriləcək. Sərnişinləri platformalarda hərəkət zamanı diqqətli olmağa və dəmiryol xətlərini müvafiq keçidlərdən keçməyə çağırırıq," - deyə qurumdan bildirilib.

Chosen
27
18
teleqraf.com

10Sources