AZ

ADY qeyri-sabit hava şəraiti ilə bağlı zəruri qabaqlayıcı tədbirlər görür

ADY
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə bağlı zəruri qabaqlayıcı tədbirlər görür. 1news.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilir ki, ölkə boyunca dəmiryol vağzal, stansiya və dayanacaqlarında qatarların və sərnişinlərin təhlükəsiz hərəkəti üçün işçi heyəti fasiləsiz çalışır, platformalarda xüsusi örtüklər salınıb. "Hazırda qatarlar qrafik üzrə hərəkətini davam etdirir. Hava şəraiti sabitləşənədək analoji tədbirlər davam etdiriləcək.

Sərnişinləri platformalarda hərəkət zamanı diqqətli olmağa və dəmiryol xətlərini müvafiq keçidlərdən keçməyə çağırırıq", - qurumdan əlavə olunub.

Seçilən
18
18
1news.az

10Mənbələr