EN

Emi Karlon:ABŞ şirkətləri 8 avqust razılaşmalarının tam potensialının reallaşdırılmasına töhfə verəcəklər

BAKI, 10 fevral. TELEQRAF

ABŞ-nin Müvəqqəti işlər vəkili Emi Karlon investisiya və iqtisadi əməkdaşlıq imkanlarını müzakirə etmək məqsədilə ABŞ-ın 31 aparıcı şirkətinin nümayəndələrini Bakıda qəbul edib. Bu, ABŞ Ticarət Palatasının rəhbərliyi ilə Azərbaycana təşkil olunan ilk biznes nümayəndə heyətidir və 2025-ci ilin avqustunda Prezident Tramp və Prezident İlham Əliyev tərəfindən imzalanmış Anlaşma Memorandumunda nəzərdə tutulan iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində ABŞ-ın səylərinin tərkib hissəsidir. Müvəqqəti işlər vəkili Karlon bildirib: “ABŞ şirkətləri dünyada ən innovativ şirkətlərdir və 8 avqust razılaşmalarının tam potensialının reallaşdırılmasına töhfə verəcəklər.

Chosen
26
7
teleqraf.com

8Sources