AZ

ABŞ ın 31 şirkəti Bakıda: 8 avqust razılaşmaları reallaşır

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ-ın Müvəqqəti işlər vəkili Emi Karlon investisiya və iqtisadi əməkdaşlıq imkanlarını müzakirə etmək məqsədilə ABŞ-ın 31 aparıcı şirkətinin nümayəndələrini Bakıda qəbul edib.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumat ABŞ-ın Azərbaycandakı səfirliyinin “X” hesabında paylaşılıb.

Bildirilib ki, bu, ABŞ Ticarət Palatasının rəhbərliyi ilə Azərbaycana təşkil olunan ilk biznes nümayəndə heyətidir və 2025-ci ilin avqustunda Prezident Tramp və Prezident İlham Əliyev tərəfindən imzalanmış Anlaşma Memorandumunda nəzərdə tutulan iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində ABŞ-ın səylərinin tərkib hissəsidir.

Müvəqqəti işlər vəkili Karlon bildirib ki, ABŞ şirkətləri dünyada ən innovativ şirkətlərdir və 8 avqust razılaşmalarının tam potensialının reallaşdırılmasına töhfə verəcəklər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
7
globalinfo.az

8Mənbələr