EN

Dudçakdan İrəvana xəbərdarlıq: “Ermənistan Ukraynanın getdiyi yolu tutur”

Ayna saytına istinadən ain.az xəbər verir.

“Bu da nə həyat səviyyəsini yaxşılaşdıracaq, nə də sabit inkişaf gətirəcək”

“Ermənistan Qərblə bağlı siyasətini dəyişərək, Ukraynanın açdığı yolu tutur və Kiyevin səhvlərini təkrarlayır”. AYNA.AZ “Sputnik Armenia”ya istinadən bildirir ki, bu sözləri "Cənubi Qafqaz kritik logistika marşrutlarının kəsişməsi kimi" adlı videokonfransda MDB Ölkələri İnstitutunun aparıcı tədqiqatçısı, politoloq, iqtisadiyyat üzrə fəlsəfə doktoru və beynəlxalq iqtisadi münasibətlər üzrə ekspert Aleksandr Dudçak deyib.

ABŞ vitse-prezidenti Vensin Azərbaycana qarşıdan gələn səfəri ilə bağlı sualı cavablandıran politoloq Azərbaycanın ABŞ-ın NATO tərəfdaşı olan Türkiyə ilə sıx əlaqələri olduğunu xatırladıb: “Onların öz maraqları var. Onlar Ermənistan tərəfindən aldıqları məlumatları ötürəcəklər. Proseslər ABŞ-ın xeyrinə işləyir. Bu, Rusiyanın “kukla diplomatiyası” kimidir: kiçik strategiyalar bir böyük strategiyanın içinə yerləşdirilir. Bakı ABŞ-ın maraqları ilə oynayaraq öz məqsədinə çata bilər”.

“İndiyə qədər böyük uğurlar qazanıblar. Ermənistan Qərblə bağlı siyasətini dəyişərək Ukraynanın açdığı yolu davam etdirir və eyni səhvləri edir. Bu da nə həyat səviyyəsini yaxşılaşdıracaq, nə də sabit inkişaf gətirəcək, əksinə, ölkəni türklərin asılı ərazisinə çevirəcək”, - deyə ekspert vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
36
ayna.az

1Sources