EN

Vikipediyada 20 Yanvar haqda yazılmış cümləyə baxın Deputatdan etiraz

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“20 Yanvar faciəsi ilə bağlı “Google” axtarış sistemində sorğu verildikdə qarşıya belə bir məlumat çıxır: “1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə saat 23:30-da Sovet İttifaqı qoşunları SSRİ Ali Sovetinin Rəyasət Heyətinin “Bakı şəhərində fövqəladə vəziyyət elan edilməsi haqqında” fərmanına uyğun olaraq və siyasi müxalifət nümayəndələrinin təşkil etdiyi kütləvi iğtişaşların qarşısını almaq məqsədilə SSRİ Konstitusiyasının 119-cu maddəsinin 14-cü bəndini rəhbər tutaraq Bakı şəhərinə daxil oldular”. Bu məlumat hazırda istənilən şəxs üçün açıqdır və hadisələrin guya bu şəkildə baş verdiyi təsviri yaradılır”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında çıxış edən deputat Hikmət Babaoğlu deyib.

O bildirib ki, sanki Bakıda ekstremist qruplar mövcud olub, dövlət əmlakı dağıdılıb və SSRİ bu səbəbdən həmin addımı atmağa məcbur qalıb. Onun sözlərinə görə, bu cür yanaşma Vikipediyanın Azərbaycan seqmentində də yer alır və bu, suveren düşüncənin məhdudlaşdırılması deməkdir.

Hikmət Babaoğlu vurğulayıb ki, Vikipediyanın Azərbaycan seqmentini yaradan və inkişaf etdirən şəxslərlə daim ünsiyyətdədir və onlar bu sahədə böyük fədakarlıq göstərirlər. Lakin bəzən hadisələrin mahiyyəti tam aydın olmadan mətnlərə müdaxilə edilir və nəticədə yanlış məlumatlar yerləşdirilir.

Deputat əlavə edib ki, informasiya texnologiyaları üzərindən ölkəmizə qarşı hücumlar davam edir.

Safura Bənnayeva

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
135
globalinfo.az

1Sources