EN

"Turan Tovuz" "Lokomotiv"in müdafiəçisini icarəyə götürdü - RƏSMİ

"Turan Tovuz" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Mark Rene Mampassini heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Moskva “Lokomotiv”inə məxsus olan müdafiəçi icarə əsasında mövsümün sonunadək komandanın şərəfini qoruyacaq.

Donetsk “Şaxtyor”unun yetirməsi olan 22 yaşlı futbolçu karyerası ərzində Ukraynada “Mariupol, Türkiyədə “Antalyaspor”, Belçikada isə “Kortriyk”in formasını geyinib. Ukrayna Premyer Liqasında “Mariupol”un heyətində 21 oyunda meydana çıxan futbolçu, Belçika yüksək liqasında 35, Rusiya Premyer Liqasında isə 18 oyunda meydanda olub. Karyerası ərzində ümumilikdə 87 oyun keçirən mərkəz müdafiəçisinin aktivində 1 qol və 3 məhsuldar ötürmə var.

saytlarin hazirlanmasi

Chosen
72
17
sportal.az

10Sources